Babək prospektində 3 avtomaşın toqquşub
28 İyul 2014 14:03 (UTC+04:00)
Gecə paytaxtın Nizami rayonu Babək prospektində yol-nəqliyyat
hadisəsi baş verib.
Movqe.az ANS PRESS- ə istinadən xəbər verir ki , qəza zamanı üzü
şəhər istiqamətində hərəkət edən İbrahim Kərimovun idarə etdiyi
"Mercedes" markalı avtomaşın əvvəlcə qarşıda hərəkətdə olan eyni
markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra isə avtomaşın
qarşı yola keçib. Bu zaman əks istiqamətlə hərəkət edən Mehman
İsmayılovun idarə etdiyi avtobusla toqquşub. Qəza zamanı avtobus
qaraja getdiyindən içərisində sərnişin yox imiş.
Hadisə zamanı maşınlarda sürücü və sərnişinlər arasında xəsarət
alan olmayıb.
Qəzadan sonra hadisə yerində Bakı Şəhər Dövlət Yol Polis Şöbəsinin
əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücülər isə
izahatlarının alınması üçün idarəyə aparılıb.
Qəzanın səbəblərinə isə təyin ediləcək ekspertizaların rəyindən
sonra aydınlıq gətiriləcək.