FHN 21 yaşlı gənci tapdı, amma...
28 İyul 2014 20:05 (UTC+04:00)
Ötən gün Yuxarı Şirvan kanalında batan gəncin axtarışları başa
çatıb.
Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə
istinadən verdiyi məlumata görə, bədbəxt hadisə ilə bağılı
nazirliyin "112" qaynar telefon xəttinə müraciət ötən gün daxil
olub və axtarışlara başlanılıb.
Bu gün isə nazirliyin yaydığı məlumatda bildirilir ki, Yuxarı
Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən
hissəsində ("Mingəçevir" sularda xilasetmə məntəqəsindən, təxminən,
130 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü
Vüsal Fazil oğlu Şıxəliyevin batmış cəsədi Fövqəladə Hallar
Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 km
aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil
verilib.
Əməliyyat saat 04:00-da başa çatıb.