İŞİD 6 polisi öldürdü
28 İyul 2014 21:08 (UTC+04:00)
İŞİD silahlıları İraqda törətdiyi vəhşilikləri hər gün daha da
artırır.
Movqe.az ANS PRESS-ə istinadən bildirir ki, İraq İslam Şam
Dövlətinin (İŞİD) İraqın Əl-Ənbar rayonunda qaçırdığı 6 polis
nəfərini öldürdüyü bildirilir.
2 gün əvvəl Ər-ramadi şəhərinin Əl-Bağdadiyə bölgəsində idarədən
çıxarkən İŞİD silahlıları tərəfindən qaçırılan 6 polis nəfərinin
öldüyü barədə təhülkəsizlik mənbələri xəbər yayıb.
Terror qruplaşması üzvləri qaçırdılqarı polisləri öldürdükdən sonra
ərazidə yol kənarına aparıb atıblar. Aşkar edilən polislərin
cəsədləri tibbi ekspertizaya göndərilib.
Məsələ ilə bağlı İraq hökuməti tərəfindən rəsmi açıqlama
verilməyib.