Bastian Şvanştager üzr istədi - Video

28 İyul 2014 15:00 (UTC+04:00)

Almaniya millisinin futbolçusu Bastian Şvanştager üzr istədi.


Movqe.az Goal.az-a xəbər verir ki, dünya çempionu ulduz yarımmüdafiəçi Münhen Barlarında birində mundialdakı qələbəni qeyd edərkən "Borussiya" klubunun futbolçularının ünvanına təhqirəramiz ifadələr işlətmişdi.


Daha sonra ulduz futbolçu bu hərəkətindən dolayı peşman olduğunu bildirərək, şəxsi "Facebook" hesabında üzürxahlıq mesajı paylaşıb:


"Borussıa Dortmund"un bütün azarkeşlərindən, məşqçilərindənvə futbolçularından üzr istəyirəm. Həmin vaxt oxuduğum mahnı məşhur azarkeş mahnılarından biri idi. Heç kəsi təhqir etmək istəmirdim. Mənim "Borussıa"lı futbolçularla yaxşı əlaqələrim var, xüsusilə də Qrosskroyçla".


Qeyd edək ki. bu ilki mundialda Almaniya yığmasının heyətində bu klubun 4 futbolçusu Mats Hummels. Erik Durm, Roman Vaydenfellər və Qrosskroyç  çıxış edirdi.