Putinin Ramazan təbriki

29 İyul 2014 12:00 (UTC+04:00)
Rusiya Federasiyasının prezidenti Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Rusiya prezidenti Vladimir Putin Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edərkən, müsəlmanların gələcək nəslin tərbiyyəsinə, xeyriyyəçilik və maarifçiliyə verdiyi tövhələri xüsusi olaraq vurğulayıb.

"Rusiyanın müsəlman icması ölkənin həyatında fəal şəkildə iştirak edir, dinlərarası dialoqun inkişafına, gələcək nəslin tərbiyyəsinə, xeyriyyəçilik və maarifçiliyə, eləcə də zəngin milli mədəni və mənəvi irsinin qorunub-saxlanmasına mühüm tövhə verir", - deyə prezidentin təbrik müraciətində bildirilir.

Qeyd edək ki, Rusiya ərazisində 18 milyondan çox müsəlman yaşayır.