Paytaxtda zəncirvari qəza baş verdi

29 İyul 2014 12:10 (UTC+04:00)
Paytaxtda zəncirvari yol qəzası baş verib.

Movqe.az APA-ya istinadən xəbər verir ki , yol nəqliyyat hadisəsi Səbail rayonunda qeydə alınıb. Hadisə zamanı 26 yaşlı Vurğun Əliyev "Mercedes" markalı avtomobili Qurban Abbasov küçəsi ilə əks istiqamətdə idarə edərkən bu zaman o, avtomobili yol kənarında dayanan başqa "Mercedes"ə çırpıb. Zərbənin gücündən "Mercedes" arxada dayanan və Arzu Nəsibova məxsus "Bmw" markalı avtomobilə də dəyib.

Hadisə nəticəsində vurulan "Mercedes"in sahibi Vüqar Babayev yüngül xəsarət alıb. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisədən sonra əraziyə yol patrul xidmətinin əməkdaşlari cəlb olunub. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, hadisəyə Vurğun Əliyevin avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.

Qəza ilə bağlı başlanan araşdırmalardan və sürücülərin izahatları alınandan sonra hadisəyə hüquqi qiymət veriləcək.