Ronaldinyo “Atletiko”dan qovuldu
29 İyul 2014 20:00 (UTC+04:00)
Brazilyalı ulduz futbolçu Ronaldinyonun çıxış etdiyi klubla
arasında qalmaqal yaşanıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 2012-ci ilin
iyununda "Flamenqo"dan "Atletiko Mineyro"ya keçən 34 yaşlı
yarımmüdafiəçinin "Atletiko Mineyro" ilə əlaqələrinin kəsildiyi
bildirilir.
Braziliya mətbuatı məşhur futbolçunun komanda yoldaşları ilə
vidalaşaraq komandadan ayrıldığını yazıb. Onun dekabr ayına qədər
müqaviləsi olan klubdan ayrılmasına səbəb kimi isə nizam-intizam
qaydalarına riayət etməməsi göstərilir.
"Atletiko Mineyro"nun idman direktoru Eduardo Maluf ötən həftə
verdiyi açıqlamada, Dekonun kömək matçında çıxış etmək üçün icazə
istəyən Ronaldinyoya icazə verdiklərini, lakin futbolçunun bu matça
getmək yerinə, istirahət etdiyini dilə gətirərək onun bu hərəkətini
pisləmişdi.
Qeyd edək ki, Türkiyənin aparıcı klublarından olan "Beşiktaş" klubu
Ronaldinyonu transfer etmək niyətindədir.