Bayramda yol terroru
29 İyul 2014 23:02 (UTC+04:00)
Azərbaycanda qeyri iş günlərində yollarda 15 nəfər yol qəzalarının
qurbanı olub.Movqe.az xəbər verir ki , Baş Dövlət Yol Polisi
İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran
Əliyevin verdiyi məlumata görə, 3 qeyri-iş günündə
Azərbaycanda 39 yol qəzası baş verib.
Qeyd edək ki, iyul ayının 26, 27 və 28-də ölkə ərazisində baş verən
yol qəzalarında 15 nəfər ölüb, 52 nəfər yaralanıb.
Yol qəzalarından 6-sı paytaxtın payına düşür. Bakıda baş verən 6
qəzada 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
Hadisələr əsasən sürət həddinin aşılması, sürücü diqqətsizliyi və
tələskənlik ucbatından baş verib. Baş verən yol qəzaları barədə
ayrılıqda araşdırmalar aparılır.