Ermənilərin vurduğu gənc estetik əməliyyat olub
30 İyul 2014 00:09 (UTC+04:00)
Tovuzun Əlibəyli kəndində ermənilərin gülləsinə tuş gələn və
Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunan Fərid
Məmmədovun səhhəti yaxşılaşır. Movqe.az xəbər verir ki , bu barədə
F.Məmmədov həkimi məlumat verib. O, qeyd edib ki,
F.Məmmədovun üzündəki güllə çıxarıldıqdan sonra ora tikiş
atılıb:
"Əməliyyatdan 8 gün ötdükdən sonra onun dikişlərini sökməyə
başlayacağıq. Hazırda onun sarğıları dəyişdirilir. Vəziyyəti də
yaxşıdır. Güllə onun burnundan girib çənəsində qalmışdı. Gülləni
çıxardıqdan sonra onun ağız və çənə nahiyyəsində estetik əməliyyat
da aparılıb. Onun üz nahiyəsində cuzi də olsa gülllənin izi
qalacaq".
Qeyd edək ki, Bir neçə gün öncə axşam saatlarında Tovuz rayonunun
Əlibəyli kəndində intensiv atəşə tutulub. Nəticədə iki kənd sakini
yaralanıb. Vəziyyəti daha ağır olan 17 yaşlı Fərid Məmmədov
əməliyyat olunmaq üçün xüsusi ambulans helikopterlə Bakıya
gətirilib.
Güllə Fəridin burun nahiyyəsindən girərək çənəsində dayanıb.