Qəzzada elektrik stansiyası yanır

29 İyul 2014 14:19 (UTC+04:00)
Qəzzanı elektrik enerjisi ilə təmin edən yeganə stansiyada yanğın başlayıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, yanğına səbəb İsrail tərəfinin atəşi olub.

Yanğın gün ərzində cəmi bir necə saat işıq görən 1,7 milyon əhalinin işini daha da çətinləşdirəcək.

"Görünür ki, İsrail tanklarının atdığı mərmilər yanacaq ehtiyatı saxlanılan anbarlara düşüb. Sözzüs ki, bu elektriklə təminatda təsir edəcək. Bura yaralıların müalicə aldığı xəstəxanalar da daxildir".

Xatırladaq ki, İsrail Qəzzada əməliyyatlara iyul ayının 7-dən başlayıb. Bu günlər ərzində yüzlərlə fələstinli öldürülüb. Onların arasında uşaqlar da var. İsrail tərəfindən isə 40-a yaxın hərbçi ölüb.