"Goal 50" mükafatına üçüncü dəfə layiq görülən Prtuqaliyalı ulduz futbolçu, 14/2015 mövsümündə də kuboklar və mükafatlar qazanmaq üçün mübarizə aparacağını bildirdi. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Ronaldo cari mövsümün ən yaxşı futbolçusu seçilərək , 2012 -ci ildə aldığı mükafatın yanına daha birinidə əlavə etdi. Bu barədə jurnalistlərə açıqlama verən Ronaldo, "Dünyanın ən yaxşı futbolçusu seçilməm mənim üçün olduqca qürurverici hissdir. Bu mükafata məni layiq gördükləri üçün minnətdaram. "Real Madrid"də olan hər kəsin dəstəyi olmasaydı, bu mükafatı qazanmağım mümkünsüz görünərdi"deyə bildirdi.