Ronaldinyo "Atletico Mineiro"dan qovuldu

29 İyul 2014 18:55 (UTC+04:00)

Braziliyanın "Atletico Mineiro" klubu Ronaldinyonun komandadan ayrıldığını təsdiqləyib. Klubun baş məşqçisi Levir Kulpi bu barədə məlumat verib. 


"Mən Ronaldinyonu daha məşqlərə çağıra bilmərəm. Onun müqaviləsi artıq bitib. Bu, təəssüf doğurucu məqamdır. Çünki Ronaldinyo hamımızın kumiri idi. Hər kəs onun oyun üslubunu bəyənir. Ronaldinyo həm də xarizmatik insandır. Lakin bununla barışmaq lazımdır. Komanda yoluna onsuz davam etməli olacaq".


Ronaldinyo "Atletico Mineiro"ya 2012-ci ildə gəlmiş və kluba ötən il Libertadores kubokunu qazanmağa kömək etmişdi. Hazırda yarımmüdafiəçinin adı "Boca Juniors" ilə daha çox hallanır. Braziliyanın "Fluminense" və adı naməlum olan digər Şimali Amerika klubu da onun xidmətlərində maraqlıdır.