Pires futbola qayıdır

29 İyul 2014 19:09 (UTC+04:00)

2011 -ci ildə futbolla vidalaşan 40 yaşlı Robert Pires futbolçuluq karyerasına geri dönür.

Goal.az xəbər verir ki, Hintistan Super Liqa təşkilatının rəsmi "tvitter" hesabından verilən məlumatda, fransız futbolçu Piresin oktyabr ayından start götürəcək yeni liqada futbolun inkişafına kömək məqsədi ilə forma geyəcəyi bildirildi. Karyersının ən parlaq dövrünü "Arsenal"da keçirən və futbolçuluq dönəmini "Aston Villa"da buraxan Piressin Hindistanın hansı klubunda çıxış edəcəyi qarşıdakı günlərdə açıqlanacağı deyildi.


Qeyd edək ki, daha öncə futbola vida edən isveçli Fredrik Lyunberqin, ispan Luis Qarsianın və Yoan Kapdevilanın da Hindistan Super Liqasında çıxış edəcəyi deyilirdi. 

Bildirək ki, 3 ay davam edəcək Liqada 8 komanda mübarizə aparacaq.