Həmvətənləri məşhur müğənnini tənqid atəşinə tutdular
30 İyul 2014 10:55 (UTC+04:00)
Ukrayna estradasının ulduzu, müğənni Ani
Lorak Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış
edəcək. Movqe.az anspress-ə
istinadən xəbər verir ki, oktyabrın 25-də baş tutacaq konsert
müğənninin Bakı musiqisevərləri ilə ikinci görüşü olacaq. Lakin
Ukraynada vətəndaş müharibəsi baş verdiyi və insanların öldüyü bir
zamanda müğənninin fəaliyyəti həmvətənləri tərəfindən birmənalı
qarşılanmır.
Sosial şəbəkələrdə heç nə olmamış kimi Rusiya səhnəsində
fəaliyyətini davam etdirməsi ukraynalılar tərəfindən geniş müzakirə
mövzusuna çevrilib. Müğənni təqib və təhqir obyektinə çevrilsə də
istifadəçilərdən biri daha mədəni şəkildə: "Biz bilirik, siz
rusiyayönlü olsanız da, Ukraynada ruslar tərəfindən yaşanan
ölümlərə laqeyd yanaşa bilməzsiz. Fəaliyyətinizi bir müddət
saxlasaydız, bizi sevindirmiş olardız", - deyə müğənniyə müraciət
edib.Lakin bütün bu cür müraciətlər müğənni tərəfindən cavabsız
qalıb. Qeyd edək ki, Ani Lorak "Shady Lady" mahnısı ilə
"Eurovision-2008" müsabiqəsində ikinci yeri tutub. O, "Qızıl
qrammofon", "İlin müğənnisi", "İlin adamı", "İlin mahnısı" və s.
mükafatlara layiq görülüb.