Bu rayonlar qazsız qalacaq

30 İyul 2014 12:00 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, bu gün saat 18:00-dək Sabunçu, Ağstafa, Şamaxı, Ucar, Qazax və Biləsuvar, saat 14:00-dan 18:00-dək Xətai, işlər başa çatanadək isə Şəki rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz şəbəkəsində təmir işlərinin aparılması və qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədardır.