Bakıda şagirdlər köçürüləcək
30 İyul 2014 13:50 (UTC+04:00)
Hazırda söküntü işləri aparılan Yasamal rayonundakı 20 saylı
məktəb-liseydə təhsil alan şagirdlər köçürülür. Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-in
sorğusuna cavab olaraq bildiriblər ki, 20 nömrəli məktəb-liseydə
təhsil alanların tədris mühitinin daha da yaxşılaşdırılması
məqsədilə tədris ocağının yeni tələblər səviyyəsində qurulması üçün
işlər görülür.
İdarədən həmçinin təmirlə əlaqədar olaraq şagirdlərin köçürülməsi
məsələsinə də aydınlıq gətiriblər. Bildirilib ki, müvəqqəti olaraq
məktəbin ibtidai sinifləri 172, yuxarı sinifləri isə 325 saylı
məktəblərə köçürüləcək: "Təmir bitdikdən sonra şagirdlər öz
məktəblərinə qaytarılacaqlar",- deyə BŞTİ-dən bildirilib.
Qeyd edək ki, bir neçə gün öncə Təhsil Nazirliyindən bildirmişdilər
ki, sökülən məktəbin yerində müasir standartlar uyğun olan yeni
məktəb-lisey binası tikiləcək.
Xatırladaq ki, adıçəkilən məktəb bir necə il öncə təmir
edilmişdi.