27 yaşlı gənci gürzə sancdı

30 İyul 2014 13:55 (UTC+04:00)

Bakının Qaradağ rayonunda 27 yaşlı kişini ilan sancıb. Anspress-in məlumatına görə, hadisə Qızıldaş qəsəbəsində baş verib. 


Hadisə gecə saat 01:43-də qeydə alınıb. 27 yaşlı Taleh Heybətovu evində ilan sancıb.


Deyilənlərə görə, kişinin gürzə ilanı vurub. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.


Hazırda Taleh Heybətov xəstəxanada müalicə olunur.