Bayram günü 3 nəfər zəhərləndi

30 İyul 2014 15:45 (UTC+04:00)

İyulun 29-da 3 nəfər müxtəlif zəhərlənmələrlə xəstəxanalara gətirilib. 

 DİN-in saytında verilən məlumata görə, Qəbələ rayon sakini Orxan Məmmədxanov dərmandan, Gəncə şəhər sakini  Arzu Hüseynova sirkə turşusundan, Göygöl rayon sakini Ozal Hacılı kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətirilib.