ABŞ-da müsəlmanlar əleyhinə broşuralar paylandı

30 İyul 2014 17:36 (UTC+04:00)

ABŞ-ın Nyu York şəhərində müsəlmanların yaşadığı evlərin qapılarına İslama və Müsəlmanlara nifrət və təhqir ehtiva edən ifadələrin olduğu broşuralar qoyulub. Movqe.Az xəbər verir ki, müsəlmanların qapısına qoyulan broşuralarla əlaqədar polis istintaq başladıb. 

Bruklindəki Bensonhurst bölgəsində aralarında müsəlman ailələrin də yaşadığı ev qapılarına buraxılan broşuralarda ''islamçılar, ölkənizə geri qayıdın. ABŞ sizdən nifrət edir. Siz terroristsiniz'' kimi nifrət və təhqir ifadələrinin olduğu bildirilib.