Beren Saatın toyundan ilk foto

30 İyul 2014 16:00 (UTC+04:00)
Bir necə ildir davam edən daha bir sevgi hekayəsində xoşbəxt sona çatdı. Movqe.az-ın ANPRESS-ə məlumatına görə, ötən gün ailə həyatı quran məşhur türk aktrisası Beren Saat və pop ifaçı Kənan Doğulunun ilk toy şəkli yayılıb. Məşhur cütlük mərasimlə bağlı detalları mediaya açıqlamayıb. Toy qapalı keçirsə mərasimdən ilk fotolar mətbuata sızıb. Qeyd edək ki, Kənan və Berenin toyu Amerikada olub. Möhtəşəm mərasim Los Ancelesdə baş tutub. Cütlük ABŞ-da keçirilən mərasimdə iştriak edə bilməyənlər üçün Türkiyədə də mərasim keçirmək niyyətindədir. Cütlüyün münasibəti 2,5 ildir ki, davam edir.