Fabio Kapello:"Rusiya futbolu belə sürətə öyrəşməyib"

30 İyul 2014 16:19 (UTC+04:00)

Rusiya Milli komandasının baş məşqçisi Fabio Kapello tutduğu vəzifədən getməyi düşünmür. Goal.az "Sports.ru" saytına istinadən xəbər verir ki, italyan mütəxəsis eyni zamanda işinə müdaxilə edilməsini də bəyənmir.


"Əgər məni hələ də burda görürsünüzsə, demək, işimi davam etdirəcəm. Bu artıq təsdiqləndi. Komanda 12 illik fasilədən sonra DÇ-a vəsiqə qazanmışdı. Biz həmin turnirə yaxşı hazırlaşırdıq. Mən bir çox həmkarımla, oyunları izləyən şəxslərlə danışdım. Bu Mundial yüksək sürəti, aqressivliyi və təzyiqi ilə seçilirdi. Komandalar geniş sahələrdə deyil, yığcam oynayırdılar. Fikrimcə, Rusiya futbolu belə sürətə öyrəşməyib. Bu bizə xeyli problem yaratdı. 


"Bilirsiniz, komanda Braziliyaya gedəndə hər kəs sevinirdi. Lakin oyun epizodları arasında 2 şey görürdük- ya top qapıdan keçir, ya da keçmirdi. Biz hədəfə düşə bilmədik. Etibar ediləndə işimi həvəslə görürəm. Əks halda istefa verəcəm və buna hazıram. Mən ciddi insanam, işimə hörmətlə yanaşmağı öyrənmişəm. Bunu mənə atam aşılayıb".