Liseylərlə bağlı açıqlama
30 İyul 2014 16:03 (UTC+04:00)
Türk liseylərində təhsil alan 300 şagird başqa məktəblərər
yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərbaycan
Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil
alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində
yerləşdirilməsi ilə bağlı açıqlama veriblər.
İdarənin İctimaiyyətlə Əlaqələr sektorundan verilən xəbərə görə, bu
prosses şagirdlər tam yerləşdirilənə qədər davam edəcək. "Ən
çox müraciət olunan təhsil müəssisələri arasında 6 saylı məktəb və
Zərifə Əliyeva adına liseyi göstərmək olar".
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi
təhsil müəssisələrində təhsil alan 3200 şagirdin təhsili ilə 397
müəllim məşğul olub. İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil
Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin
fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Təsisçilərin
qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi,
Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi,
Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi
bağlanıb.