Kənan M.M azad ediləcək
30 İyul 2014 19:02 (UTC+04:00)
"Mən hesab edirəm ki, Kənan Mahmudovu sabah azadlığa
buraxacaqlar".
Bunu ANS PRESS-ə açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan
Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.O, Kənan
Mahmudovla Vüqar Muradovun barışdıqlarını söyləyib:
"Mən Mahmudov Kənan Mahmud oğlu ilə görüşdüm. O, mənə dedi ki özümü
günahkar bilmirəm. Ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq)
maddəsi verilib. Mən də onun azad edilməsini xahiş etdim. Səhhəti
yaxşıdır. Iki nəfərlik kamerada qalır. Vüqar Muradov şikayət
ərizəsini də geri götürüb və barışıblar. Hesab edirəm ki, Kənanı
sabah sərbəst buraxacaqlar".
Qeyd edək ki, 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat
nəticəsində xuliqanlıqda ittiham olunan rejissor Kənan Mahmud oğlu
Mahmudov saxlanılıb.