Çayxanada qan su yerinə axdı (FOTO)
30 İyul 2014 19:30 (UTC+04:00)
Bərdədə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə
nəticələnib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə,
hadisə rayonun Bakı küçəsində yerləşən çayxanalardan birində baş
verib.Belə ki, Bərdə rayon sakini 14 yaşlı Atabəy Xanlarov
üzərindəki bıçaqla 17 yaşlı Aqşin Sadıqova 2 bıçaq zərbəsi endirib.
Kürək və sinə nahiyəsindən yaralanan Aqşin Sadıqov yaxınlarının
köməkliyilə Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralıya
tibbi yardım göstərilib.Xəstəxanadan ANS PRESS-in bölgə müxbirinə
verilən məlumata görə, yaralının vəziyyəti yaxşıdır.
Hadisəni törədən Atabəy Xanlarov azyaşlı olduğundan polis şöbəsində
saxlanılmayıb və nəzarətə götürülüb.