"Facebook messenger" məcburi olacaq!

31 İyul 2014 11:12 (UTC+04:00)

Facebook, mobil platformlardakı "FB Messenger" tətbiqini zəruri hala gətirmək üçün bir sıra cəhdlər edəcəyini bildirib. Movqe.Az xəbər verir ki, Mesajlaşmaq üçün artıq FB Messenger məcburi olacaq. Facebook ötən il mesajlaşma xüsusiyyətini fərqli hala gətirmək üçün Facebook Messenger adlı tətbiqini mobil platformalara gətirmişdi. Facebook Messenger tətbiqi ilə mesajlaşmaq, fotoşəkil və video göndərmək daha asan hala gəldi. Tamamilə istəyə bağlı olaraq təqdim edilən və Facebook tətbiqindən ayrı işləyən Facebook Messenger əlavəsinin növbəti həftələrdə artıq zəruri olacağı açıqlanıb. Gələn mesajları oxuya bilmək və mesaj göndərə bilmək üçün birbaşa olaraq Facebook, Messenger tətbiqini yönəldiləcək.