Bakıda ət kobinatında tükürpədici ölüm

31 İyul 2014 11:54 (UTC+04:00)

İşçinin başı dəzgahın içərisində parçalanıb

Bakının Nizami rayonunda dəhşətli hadisə baş verib. Nizami rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, ölümlə nəticələnən dəhşətli hadisə Keşlə Ət Kombinatında qeydə alınıb.


Belə ki, kobinatda işləyən 21 yaşlı Bakı sakini Vüsal Şahin oğlu İbrahimovun başı dəzgahın içərisində qalaraq parçalanıb.


İlk öncə ehtiyatsızlıqdan Vüsalın əli dəzgahın içərisində qalıb. Əlini çıxartmaq istəyən zaman isə onun başı dəzgahın içərisinə girib. 


Faktla bağlı araşdırmalar aparılır.