Ağ Ev qarşısında Qəzza nümayişi

31 İyul 2014 13:18 (UTC+04:00)

ABŞ-ın paytaxtı Vaşinqtonda, İsrailin Qəzzaya hücumlarına şam yandırılaraq etiraz edilib. Ağ Ev qarşısında yüzlərlə insanın qatıldığı hərəkatda, İsrailin Qəzzaya hücumlarında həlak olanların adları tək-tək oxunub. Bu vaxt bəzi aktivistlərin gözyaşlarını tuta bilmədiyi görülüb. Aktivistlər, daşıdıqları plakatlarda ABŞ prezidenti Barak Obamadan İsrailə hərbi yardımlara son verməsini və Qəzzaya tətbiq olunan mühasirənin qaldırılmasını istəyib. 


Movqe.Az xəbər verir ki, Şamların yandırıldığı nümayişdə, üzərində qırmızı rəngə boyanmış oyuncaq körpələrin olduğu simvolik bir qəbiristanlıq edən aktivistlər, məzarların üzərinə də Qəzzadakı ölümlərin məsulu olaraq göstərdikləri İsrail baş naziri Binyamin Netanyahunun rəsmini asıb.


Təxminən 1,5 saat davam edən hərəkat toqquşmasız sona çatıb.