Bu adada insandan çox pişik var-FOTOLAR

31 İyul 2014 14:24 (UTC+04:00)
Yaponiyanın şərq sahilində yerləşən Taşirojima adası tamamilə pişiklərə aiddir. Bu səbəbdən bu ada "pişiklər cənnəti adası" olaraq da tanınır. 

Movqe.Az xəbər verir ki, son vaxtlarda turistlərin olduqca marağını çəkən adaya pişiklər ilk dəfə ipəkqurdu fermalarını siçanlardan qorumaları üçün gətirilmişdi.. 

Lakin fermalar bir-bir bağlanıldıqda insanların tərk etdiyi adaya pişiklər hökmranlıq etməyə başlayıb. 

Ada yerliləri onlara  şans və bolluq gətirdiyinə inandıqları pişikləri gözləri üstündə tutur və onları bəsləyirlər. 

Balıqçılar hava vəziyyətini təxmin etmədə pişiklərin onlara kömək etdiyini söyləyir.


İnsanlardan çox pişiklərin olduğu adaya it gətirmək isə qadağandır.