Taksi sürücüsündən kişi müştərisinə seks təklifi - Bakıda
31 İyul 2014 15:51 (UTC+04:00)
Bakıda "London" taksisinin sürücüsü müştərisinə
cinsi əlaqədə olmağı təklif edib. Bu barədə Vesti.az-a Binəqədi
rayon Polis Bölməsindən məlumat verilib. Məlumatda deyilir ki, Sumqayıt sakini 24 yaşlı Rəhman Rəhmanov
(ad şərtidir) 40-cı Polis Bölməsinə yazdığı ərizəsində gecə 2:00-da
Bakı-Şamaxı magistralının Xocasən hissəsində "Murad" şadlıq evinin
yaxınlığında "London" taksisinə minib. Yolda taksi
sürücüsü maşını saxlayıb ona cinsi əlaqədə olmağı təklif edib.
Lakin buna razı olmayan Rəhman hemoseksuala 125 manat pul ödəməli
olub.
Hadisədən sonra zərərçəkmiş taksinin nömrəsini
yazmağa imkan tapıb və dərhal polisə müraciət edib. Taksi
sürücüsünün şəxsiyyətini müəyyənləşdirən polis əməkdaşları onu
tutublar. Lakin istintaqın maraqlarını nəzərə alınaraq onun adı
açıqlanmır. O, 42 yaşlı Abşeron rayon sakinidir. Hazırda sürücü ilə
bağlı məhkəmə hökmünün çıxarılması gözlənilir.
Binəqədi RPB-dən o da bildirilib ki, həmin
taksi sürücüsü əvvəllər də müştərilərə qarşı bu tip hərəkətlər
edib.