Riçard Morninqstar Azərbaycanı tərk edib

31 İyul 2014 15:56 (UTC+04:00)

Səlahiyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün səhər saatlarında ölkəni tərk edib.


Bu barədə APA-ya ABŞ-ın ölkəmizdəki səfirliyindən bildiriblər.

 

R. Morninqstar 2012-ci ildən 2014-cü ilə qədər ABŞ-ın Azərbaycanda səfiri olub.

 

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyi irəli sürüb.