ATƏT Parlament Assambleyasına yeni sədr seçilib

9 İyul 2012 20:09 (UTC+04:00)
ATƏT Parlament Assambleyasına yeni prezident seçilib. APA-nın xəbərinə görə, qurumun Monakoda keçirilən sessiyasında bu vəzifə italiyalı Rikkardo Miqlioriyə etibar edilib. 
Toplantıda 5 vitse-prezident də seçilib: Robert Aderholt (ABŞ), Jan-Şarl Qardetto (Monako), Alan Neri (Fransa), Georgi Sereteli (Gürcüstan) və Uta Zapf (Almaniya). 
Qeyd edək ki, R. Miqliori ATƏT PA-nın vitse-prezidenti idi və 2 müddət siyasi və təhlükəsizlik məsələləri üzrə məruzəçi olub. O, prezident vəzifəsində Petros Eftimiunu əvəzləyib.