"Manchester United"in səhmləri satışa çıxarıldı

31 İyul 2014 17:10 (UTC+04:00)

"Manchester United" klubunun 80% səhmlərinə sahib olan Qlezyer qardaşları müzakirələrə səbəb olacaq addım atıblar. Onlar klubun 8 milyon səhmini satışa çıxarıblar. Bu isə ümumi aksiyaların 5%-ni təşkil edir.


Bu səhmlərin satışından Qleyzer ailəsi 150 milyon dollar gəlir əldə edə bilər. 2014-cü ilin mayında Malkolm Qleyzerin vəfatından sonra  "Manchester United" onun 6 oğlu arasında bərabər bölüşdürüldü. Qalan 10% səhmlər isə hal-hazırda Nyu-York birjasında satışa çıxarılıb.