Günay İbrahimlinin açıq-saçıq fotosu

31 İyul 2014 18:03 (UTC+04:00)
Gənc ifaçı Günay İbrahimlinin sosial şəbəkədə açıq-saçıq şəkili yayılıb. Movqe.az-ın məlumatına görə, müğənni çimərlik geyimində olan zaman çəkilən görüntüsünü Facebook səhifəsində paylaşıb. Günay qeyd edib ki, sözügedən şəkil "Dəlisiyəm gecənin" mahnısına lentə alınan klip zamanı çəkilib. Müğənninin fotosu sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Buna baxmayaraq şərhlər müxtəlif olub, bəziləri bəyəndiklərini desələr də, bəzi internet istifadəçiləri Günayı bu formada görmək istəmədiyini vurğulayıblar.  
Qeyd edək ki, klipin rejissoru Rza Əsgərov, müğənninin stilisti isə Elnur Həsənovdur.