Tenisçi Mariya Şarapova liderliyini qoruya bilmədi

9 İyul 2012 20:17 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Rusiyalı tenisçi Mariya Şarapova birinciliyini qoruyub saxlaya bilmədi. Bundan əvvəl birinci yeri əldə edən tenisçi bu dəfə üçüncü pilləyə düşdü. Mariya Şarapova keçən oyunda Viktoriya Azarenkonu da məğlub etmişdi, lakin yeni sıralamaya görə  Viktoriya Azarenko birinci yerdə qərarlaşıb. 


Reytinqə görə:

1-ci yer Viktoriya Azarenko (Belarusiya)-8800 xal

2-ci yer Aqneşka Radvanska (Polşa) - 8530 xal

3-cü yer Mariya Şarapova (Rusiya) - 8370 xal

E.F.N