Noxudun faydaları

31 İyul 2014 21:31 (UTC+04:00)

Quru paxlalardan sonra plovun ən yaxın dostu noxudun əslində ləbləbi şəklində istifadəsi faydalıdır.

Yeməklərlə bərabər salatlarınıza qatacağınız həm mükəmməl bir ləzzət, həm də pəhriz dostu olaraq qiymətləndirilir. 

Noxudun tərkibində ən çox zülal, kalsium, sink, maqnezium, dəmir minerallarının olduğu məlumdur. 

Onun bədənə su yığılmasının qarşısını aldığı, zehni yorğunluğu aradan qaldırdığı, ana südünü artırmağa kömək etdiyi, batmış səsi çıxarmağa və öskürəyə faydalı olduğu deyilir. Noxud ürək damar sağlamlığını qoruyur, xolesterolu aşağı salır, qan şəkərinini normalaşdırır, cinsi istəyi və gücü artırdığı bildirilir.

Xüsusilə ürək damar sağlamlığı problemi yaşayanlar və diabet xəstələrinin süfrələrində həmişə noxud olmalıdır. 

Tərkibində nişasta olduğu üçün noxud sağlam qidalanmaya köməkçi olur. Həmçinin tərkibində doymamış yağ turşuları vardır. 

Yaşıl noxud bədənə enerji verir və bədəni qüvvətləndirir. Əzələlərin inkişafına və yenilənməsinə kömək edir. Qan azlığında faydalıdır. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərin işini nizama salır. Xüsusilə təzə yaşıl noxud bağırsaqları işlədərək qəbizliyi aradan qaldırır.