Ermənistan yenə azalır

31 İyul 2014 22:30 (UTC+04:00)

2014-cü ilin 1 iyul tarixinə Ermənistan əhalisinin rəsmi sayı 3 milyon 9 min 800 nəfər təşkil edib. 

ANS PRESS-in məlumatına görə, bu barədə bu ölkənin milli statistika xidməti bildirib. Məlumata görə, bu ölkənin şəhər əhalisi 1,9 milyon nəfər təşkil edib ki, onların da 1 milyon 69 mini İrəvanda qeydiyyatdadır. Kəndlərdə qeydiyyatda olan əhalinin sayı isə 1,09 milyon təşkil edir. 

Milli statistika xidməti 2013-cü ilin uyğun dövrünə baxanda əhalinin sayının 7,3 min nəfər azaldığını bildirib. Qurum bunu miqrasiyanın artması ilə izah edib. 

Qeyd edək ki, bu göstəriciyə faktiki olaraq Rusiyada və başqa ölkələrdə yaşayan, amma Ermənistan qeydiyyatında olanlar da daxildir. Rusiya mənbələrinin məlumatına görə, bu ölkədə 700 minə yaxın Ermənistan vətəndaşı əmək miqrantı kimi çalışır. İyulda erməni miqrantlar üçün güzəştli şərtlər (qeydiyyatsız 1 il Rusiyada qalmaq imkanı və s.) təqdim edildiyinə görə, Ermənistanda 2 - 2,2 milyondan artıq insanın yaşamadığını güman etmək olar.