Netanyahu: “HAMAS-ın tunelləri məhv edilməyincə, Qəzzada hərbi əməliyyat dayandırılmayacaq”

31 İyul 2014 19:05 (UTC+04:00)

İsrail HAMAS-ın inşa etdiyi tunelləri məhv etməyənədək Qəzzada hərbi əməliyyatı dayandırmayacaq.

Movqe.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu hökumətin iclasında deyib."Atəşkəs olsa da, olmasa da, İsrail hücum məqsədi ilə istifadə edilən bu tunellərin məhv edilməsində israrlıdır", - deyə o vurğulayıb.