Gülən 6 ilə 63 min adamın danışığını dinləyib

31 İyul 2014 19:08 (UTC+04:00)

Türkiyənin Daxili İşlər Nazirliyi "paralel dövlət" əməliyyatında tutulanların öncədən dinlədiyi məlumatları əks etdirən hesabat yayıb.Axar.az xəbər verir ki, hesabatda saxlanılanların telefon danışığının dinlənildiyi təsdiq edilib.Qeyd edək ki, nazirlik öz hesabatında "parallel dövlət" istiqamətində planların reallaşdırılması mövzusunda danışıqların oluğunu qeyd edərək, uzun müddət cinayətkarların danışarkən koddan istifadə etdiyi, başqa adlarla danışıldığını bildirib.Lakin ən müasir texnologiyadan istifadə sayəsində danışanların əsl kimliyi müəyyənləşdirilib.Onu da bildirək ki, hesabatda telefon dinləmələrinin Konstitusiyaya uyğun gəlmədiyi bildirilir. Lakin cinayətkarların "Ergenekon" təşkilatı, narkotik maddə qaçaqçılığında və bir çox milli təhlükəsizlik məsələlərinə birbaşa təhdid olan cinayətlərdə əli olduğu üçün bu addımın atıldığı bildirilir.

Qeyd edək ki, hesabatda keçmiş Konstitusiya Məhkəməsinin sədri Yekta Güngör Özden, TBMM sədr köməkçisi Sadiq Yaqut və Hüseyn Şənin "Ergenekon" təşkilatı ilə heç bir bağlılığı olmadığı açıqlanıb.

"Ulusal Kanal"ın yaydığı xəbərə görə, Gülən hərəkatı 6 ildə Türkiyədə on minlərlə insanı dinləyib ("Publika.az"). 2008-2013-cü illəri əhatə edən hesabatda telefon dinləmələrinin statistikası da ortaya çıxarılıb. Belə ki, Gülən hərəkatı 6 ildə düz 63 min 43 nəfərin telefonunu dinləyib. Bu dinləmələrin 51 min 231-i sim kart vasitəsilə həyata keçirilib. 11 min 812 nəfər isə telefonunun İMEİ koduyla dinlənilib.

Hesabatda hansı ildə neçə nəfərin dinlənildiyinə də yer verilib:

2008-ci ildə 10 min 218 nəfər

2009-cu ildə 11 min 961 nəfər

2010-cu ildə 11 min 386 nəfər

2011-ci ildə 16 min 342 nəfər

2012-ci ildə 13 min 577 nəfər

2013-cü ildə 8 min 842 nəfər

Xatırladaq ki, iyulun 22-də "paralel dövlət" əməliyyatında 49 nəfər saxlanılıb. Saxlanılanlardan 38-i sərbəst buraxılsa da, 11 nəfərə cinayət işi açılıb.