Almaniyada qatar aşdı: çox sayda yaralı var
2 Avqust 2014 17:00 (UTC+04:00)
Almaniyanın Manheym şəhərində bir yük qatarının sərnişin qatarına
toqquşması nəticəsində 5-i ağır 40 sərnişinin yaralandığı
bildirilir.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Manheym xilasedicilər bildiriblər ki, Manheym avtovağzalına 200
metr məsafədə meydana gələn qəzada, yük qatarı hələ bilinməyən
səbəblə "Eurocity" sərnişin qatarına çırpılıb. Qəza nəticəsində
Avstriyanın Graz şəhərindən Saabrukgenə gedən sərnişin qatarının 5
vaqonun relsdən çıxdığı, içində təxminən 110 sərnişinin olduğu iki
vaqonun isə aşdığı qeyd edilib. Qəzada 5-i ağır olmaqla 40 adamın
da yaralandığı qeyd edilir. Qatarda cəmi 250 sərnişin olub.
Toqquşma nəticəsində Dizburq şəhərindən Macarıstanın Sopron
şəhərinə gedən yük qatarının da lokomotiv qismi ilə ilk iki
vaqonunun relsdən çıxdığı, qatarın üzərində olan konteynerlərin də
yerə düşdüyü bildirilir. Qəzadan sonra Manheym avtovağzalı bağlanıb
və çox sayda xilasedici hadisə yerinə cəlb olunublar.
Qeyd edək ki, qəzadan öncə qatarların sürətlərini azaltması daha
böyük faciənin baş verməsinin qarşısını alıb.