Azərbaycan Krasnodar diyarına humanitar yardım göndərib

9 İyul 2012 22:58 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Rusiyanın Krasnodar diyarında baş vermiş daşqından zərərçəkmişlərə humanitar yardım göndərilib.

Fövqəladə Hallar Nazirliyinin 22 maşından ibarət humanitar yardım karvanı iyulun 8-i saat 21:00 radələrində Krasnodara yola düşüb. Humanitar yardıma içməli su, şirələr və digər zəruri ərzaq məhsulları daxildir. Maşın karvanını 38 nəfərlik şəxsi heyət müşayiət edir.