15-17 yaşlı analar 3 min uşaq dünyaya gətirib
4 Avqust 2014 00:00 (UTC+04:00)
Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı
açıqlanıb.
Movqe.az APA-a istinadən xəbər verir ki , Dövlət Statistika
Komitəsindən verilən xəbərə görə, ötən il ölkədə 2 855 uşaq 15-17
yaşlı analar tərəfindən dünyaya gəlib. Onlardan 889-u şəhərlərdə, 1
966-sı isə kənd yerlərində doğulub.
15-17 yaşlı analar tərəfindən dünyaya gələn uşaqların sayı diri
doğulanların ümumi sayına nisbətən 1.7% təşkil edib.
Ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən
doğulan uşaqların sayı ötən il 25 069 nəfə olub. Onlardan 10 892-si
şəhər yerlərində, 14 177-si kənd yerlərində dünyaya gəlib. Rəsmi
qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların
sayı diri doğulanların ümumi sayına nisbətən 14.5% təşkil edib.