"Google"dan yeni loqo

4 Avqust 2014 13:01 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Google Con Veni də unutmayıb. Xüsusi günləri unutmayan axtarış mühərriki nəhəngi Google bu günki loqosunda Con Veni də unutmayıb.


Con Ven (4 Avqust 1834 - 4 Aprel 1923), Britanyalı məntiqçi və filosofdur. O, "Venn" sxemi təqdimatından sonra məşhurlaşmışdı. Ehtimal, Məntiq, Statistika, və Kompüter Elmləri, Çoxluqlar Qaydası daxil olmaqla bir çox sahədə istifadə edilməkdədir. 



Con Ven 1834-cü ildə Hull, Yorkshiredə anadan olub. Anası Martha Sykes, Svanlanddan, Hull yaxınlarına gəlib, Con yalnız üç yaşına gəldikdən sonra anası ölüb. Con Ven 1923-cü ildə Kembricdə vəfat edib və yaxınlardakı Trumpington Churchyardda dəfn olunub.