Şəhid oğlu:"Təki Vətən sağ olsun!"

4 Avqust 2014 18:23 (UTC+04:00)
Cəbhənin Ağdam rayonunuda şəhid olmuş Biləsuvar rayonunun Nərman kənd sakini Pərvin Əliyev də ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, medal şəhidin azyaşlı övladı Riyada verilib.

Şəhid övladı atasının vətən uğrunda ölməsinə bir kəlmə ilə cavab verib.
"Təki Vətən sağ olsun!", - deyə şəhid oğlunun bu kəlməsi böyük alqışlara səbəb olub.

Daha sonra tədbirdə şəhidin keçdiyi yol, döyüşlərdə göstərdiyi şücaət barədə danışılıb.

Gizir Əliyev Pərvin Səlahəddin oğlu avqustun 1-dən 2-nə keçən gecə erməni diversiyasının qarşısını alarkən həlak olub.