3000 dollar üçün yarışdılar - FOTOLAR
10 İyul 2012 12:12 (UTC+04:00)
Movqe.Az bildirir ki, Rusiyanın
paytaxtı Moskvada təşkil edilən ənənəvi dikdaban ayakkabı ilə qaçış
yarışmasında hər il olduğu kimi bu il də maraqlı hadisələr yaşanıb.
"Glamour" jurnalı tərəfindən bu il altıncısı təşkil edilən yarışda
hündürlüyü 9 santimetrdən qısa olmayan dikdaban ayaqqabı geymək
məcburiyyətində olan cəmi 150 iştirakçı olub. 3 min dollarlıq
pul mükafatını qazanmaq üçün 50 metrlik yarış astanasında var gücü
ilə mübarizə aparan iştirakçıların bir-birilərini itələmələri və
yerə yıxılmaları yarış zamanı izləyənlərə şən anlar yaşadıb.