İŞİD Azərbaycan saytlarını dağıtdı

5 Avqust 2014 10:51 (UTC+04:00)

"İraq İslam Şam Dövləti" terror qrublaşmasına bağlı olduğunu bildirən hakerlər Azərbaycanda fəaliyyət göstərən bir neçə saytı dağıdıblar.Bu barədə Dünya Azərbaycanlıları Konqresindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Dünya Azərbaycanlıları Konqresinin www.dak.az saytı ilə bərabər, www.vhpress.az saytı da dağıdılıb. Nə qədər qəribə olsa da, hakerlər bunu həmin saytların İslam dinini təhqir etməsi ilə əlaqələndiriblər.