Məşhur aktrisadan Ərdoğana dəstək (FOTO)

5 Avqust 2014 11:01 (UTC+04:00)

Prezident seçkisinə 1 həftədən də az vaxt qaldığı bir vaxtda Türkiyənin tanınmış aktrisası Derya Tuna dəstək verəcəyi namizədi açıqlayıb.Movqe.az-;n xəbərinə görə, Derya Tuna prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın şəkli olan köynək geyinərək çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşıb.Tuna instagramda paylaşdığı şəklin altında "RT forever" (Həmişəlik RT) yazıb.Dərya Tuna Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısesin keçmiş həyat yoldaşı və oğlu İdo Tatlısesin anasıdır.Avqustun 10-da Türkiyədə ilk dəfə xalqın səsverməsi ilə prezident seçkisi keçiriləcək.Seçkidə 3 namizəd iştirak etsə də əsas favorit namizədin indiki baş nazir Rəcəb Tayyib Ərdoğan olduğu bildirilir.