Azərbaycanda minik və yük avtomobilləri toqquşdu

10 İyul 2012 12:42 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanda minik və yük avtomobili toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qeyd edək ki, hadisə Xaçmaz-Quba yolunda baş verib. Regional TV kanalının verdiyi məlumata əsasən, Xaçmaz-Quba yolunun 12-ci km-də, Qubanın Barlı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Quba rayonu sakini Rasim Ağayevinidarə etdiyi "Qazel" markalı yük avtomobili əks istiqamətdən gələn Xaçmaz rayon sakini Əkbər Qasımovunidarə etdiyi "VAZ 2107" markalı nəqliyyat
vasitəsi ilə toqquşub. 

Hadisə zamanı hər iki nəfər ağır xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma işləri aparılır.

Türkan Nadirqızı

Movqe.Az