Azərbaycan ordusunun zabiti öldü

5 Avqust 2014 19:10 (UTC+04:00)

Xərçəng xəstəliyindən əziyyət çəkən mayor Rəşid Məmmədov dünyasını dəyişib. 


Modern.az saytının verdiyi məlumata görə, bu barədə mərhum zabitin yaxınları məlumat veriblər.


Dünən anasının adından Azərbaycan mediasına müraciət edərək, müalicəsi üçün kömək istəmişdi. ""N" saylı hərbi hissəsinin mayoru R. Məmmədov 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib və ona myeloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi Xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək, geri çağırılıb. "Baxmayaraq ki, kurs tam başa çatdırılmalı və təxminən 1 ay fasilədən sonra ilik köçürmə mərhələsi olmalı idi. Amma Azərbaycan tərəfdən maliyyə vəsaiti ödənilmədi".


Bildirilib ki, Göygöldəki Rəsulzadə küçəsində kirayə mənzildə yaşayan Məmmədovlar ailəsi mərhumun dəfnini rayon mərkəzində təşkil edə bilmədiyindən, cənazəni Əbləh kəndinə apararaq, orada dəfn ediblər.


Qeyd edək ki, həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrində xidmətdə keçirmiş və xidməti dövrünün 80 faizini cəbhə bölgəsində olmuş mayor Rəşid Məmmədov xərçəng xəstəsi idi.