İxtisas seçimi başa çatdı

6 Avqust 2014 11:33 (UTC+04:00)

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.  Bu barədə Movqe.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Məlumata görə, 35995 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.