Daha bir jurnalistin övladı balkondan yıxılaraq öldü

6 Avqust 2014 12:20 (UTC+04:00)

"Şərq qəzeti"nin əməkdaşı, jurnalist Anar Bayramoğlunun ailəsinə ağır itki üz verib. Onun 5 yaşlı qızı Cavidan 6-cı mərtəbədən yıxılaraq həyatını itirib. Movqe.az xəbər verir ki, bu barədə jurnalistin həmkarı Əzizə İsmayılova şəxsi facebook səhifəsində yazıb:  "İndicə aldığım xəbərdən ŞOK oldum. Jurnalist dostum, "Şərq qəzeti"ndə il yarım çörək kəsdiyim, Anar Bayramoğlunun 5 yaşlı qızı Cavidan 6-cı mərtəbədən yıxılaraq həyatını itirib..  Nə deyim, ay Anar, nə deyim ki, təsəlli olsun?!.. Məkanı cənnət olsun deyim-zatən cənnətlikdir..

Aman Allahım, niyə belə? Axı o körpənin günahı nə idi? . Anar, necə çox istəyirdi qızını..Nəfəs alırdı onunla..Torpaq apardı.."

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl tanınmış jurnalist Ayaz Mirzəyevin də 3 yaşlı oğlu Maqsud binanın 4-cü mərtəbəsindən yıxılaraq vəfat etmişdi. Allah rəhmət eləsin!